Bakı metrosunda hadisə - Yaralı sərnişin xəstəxanaya yerləşdirildi
04 aprel, 2017 14:25
Bakı metrosunda təhlükəsizlik xəttini keçən qadın hərəkətdə olan qatarın güzgüsünə dəyib.
1news.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hadisə metronun “20 yanvar” stansiyasında baş verib. Təxminən 55-60 yaşlı Adıgözəlova Rəfiqə Zeynəlabdin qızı qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib.
Hadisə yerinə dərhal təcili-tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.
1news.az