“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilib
03 aprel, 2017 12:29
Bu gün səhər saatlarından etibarən yeni “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi (NMM) sərnişinlərin istifadəsinə verilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. O bildirib ki, NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq.
“Məqsəd, paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən “Koroğlu” metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir”- deyə, M.Ağayev qeyd edib.
1news.az