Xəbərlər

Qalmaqallı “Telefonçu qız” abidəsi götürüldü
03 aprel, 2017 09:50

Xaçmaz rayonunun girişində qoyulmaqla böyük müzakirələrə yol açmış “Telefonçu qız” abidəsi ərazidən götürülüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovun istipress-ə verdiyi məlumata görə, yerindən götürülən heykəl Xaçmazda parklardan birinin ərazisində qoyulacaq.

Lakin o, abidənin hansı zərurətdən götürüldüyünü açıqlamayıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri, Xaçmaz rayonun girişində inşa olunmuş bu abidə idi. Abidə ayağını ayağının üstündən aşırıb telefonla danışan müasir qadına həsr edilib.

Sosial şəbəkədə bu abidə ilə bağlı rayon rəhbərliyi, abidənin ideya müəllifləri kəskin tənqid olunub. Bəziləri müasirliyin telefonla danışan qadınlarla assosiasiya edilməsinin xüsusi məqsəd daşıdığını yazıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.