İki gün əvvəl Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
1news.az lent.az-a istinadən xəbər verir ki, qohumları tərəfindən boğazları kəsilərək öldürülən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır.
Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.
Hadisə vaxtı ağır yaralanan 55 yaşlı Lətifə Qasımova isə hələ də reanimasiyadadır. O, 1 saylı şəhər xəstəxanasında müalicə olunur. Xəstəxanadan bildirilib ki, L.Qasımovanın vəziyyəti hələ də ağır olaraq qalır.
Qeyd edək ki, məlum cinayət hadisəsi Astara rayon sakini, L.Qasımovanın bacısının kürəkəni 20 yaşlı Azər Cəfərov tərəfindən törədilib. O, evi qarət etdikdən sonra öldürdüyü şəxslərin meyitlərini avtomobilinin baqajına qoyaraq qaçıb və əməliyyat tədbirləri nəticəsində maşını ilə birgə paytaxtın mərkəzindəki avtomobil təmiri sexində tutulub.
1news.az