“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İslam Həmrəylik Oyunlarına dəstək məqsədilə “Gənclər Kuboku” təsis edir.
Təşkilatdan 1news.az-a verilən məlumata görə, “Gənclər Kuboku” Bakı 2017 İslam Həmrəlik Oyunlarında oynanılacaq olan 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır.
Layihənin ümumilikdə əsas məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında idman turniri keçirərək sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsinə şərait yaratmaq və bununla da keçiriləcək yarışlara dəstəyi nümayiş etdirməkdir.
Qeyd edək ki, adı çəkilən layihədə 1000-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Yarışlar mütəmadi olaraq həftə sonları paralel şəkildə keçiriləcək. Layihəni əhatə edəcək futbol, basketbol, voleybol, şahmat, səmti müəyyən etmə, yüngül atletika, stolüstü tenis, üzgüçülük, atıcılıq, velosiped idman növləri gənclər tərəfindən oynanılacaq yarışları əhatə edəcək.
Yarışlar aprel - may aylarında baş tutacaq. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında, püşk atmadan dərhal sonra 8/1, 4/1, yarımfinal və final mərhələləri oyunları baş tutacaq.
Birlikdən verilən məlumata görə, bir sıra yarışlar online olaraq İRƏLİ İctimai Birliyi nəznində fəaliyyət göstərən Gənclərin Radiosu İRƏLİ Radio (İradio.az) dan canlı olaraq şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatların əlavə olunması üçün birlik tərəfindən www.youthcup.az adlı sayt hazırlanır ki, bu da yaxınlarda gənclərin istifadəsinə veriləcək.
1news.az