Qəzada əzilmiş avtomobilini təmir etdirmək üçün sığorta şirkətinə verdi, avtomobili təmir etmək əvəzinə detallarını oğurladılar.
1news.az xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Bakı sakini Natiq Ağayevin başına gəlib.
Başqa bir sürücünün səhvi ucbatından qəzaya düşən Natiq Ağayev, onun sığorta şirkəti olan ''Azər sığorta'' nın əməkdaşları tərəfindən aldadılıb.
Bundan sonrakı 4 ay ərzində avtomobil 4 fərqli ustanın yanında aprılıb, amma buna baxamayaraq zərərçəkənin avtomobili heç vaxt təmir edilməyib. Üstəlik, sonuncu ustanın yanında detalları da oğurlanıb.
Zərərçəkmiş Natiq Axundov bildirir ki, pulun sığorta əməkdaşına verilməsini ''Azər sığorta''nın direktor müavini ondan xahiş edib. Şikayətçi dəyən ziyanın ödənilməsi üçün yenidən şirkətə müraciət etdikdə isə şirkətin səlahiyyətli şəxsləri ziyanı ödəməkdən imtina edib.
Elə biz də zərəçəkənlə birgə sözügedən sığorta şirkətinə yollandıq. Ofisdəki şəxs 6 cı gün olduqndan əməkdaşların işləmədəyini bildirdi.
Zərəçəkmiş Natiq Ağayev hadisə ilə bağlı polisə və Dövlət Sığortaya Nəzarət Xidmətinə məlumat verib və araşdırmalar aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az