Qazaxda fəhlə laqonda ilə ayağını kəsib
01 aprel, 2017 19:55
Qazax rayonunda fəhlə ehtiyatsızlıqdan ayağını kəsib.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü, Əfəndiyev Turxan Maksim oğlu daş karxanasında işləyən zaman ehtiyatsız davranaraq laqonda ilə sağ ayaq baldırının ön səthini kəsib.
Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
1news.az