Xəbərlər

“Made in Azerbaijan”la bağlı 3 ölkəyə ixrac missiyası təşkil ediləcək
01 aprel, 2017 18:34

“Made in Azerbaijan” brendinin təbliği məqsədilə bu ilin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil ediləcək.

1news.az Azərtac-a istinadən xəbər verir ki, müxtəlif ölkələrdə "ticarət ev"lərinin təşkili, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyinatı proseslərinə də start verilib.

Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə və Belarus və s. ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi artıq ödənilir.

Ümumiyyətlə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının müvafiq Fərmanına uyğun olaraq, bu vaxtadək Çinin Honqkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan və Qətərə 7 ixrac missiyası təşkil olunub. İlin sonunadək isə daha 3 ixrac missiyasının təşkili planlaşdırılır: sentyabrın 11-dən 14-dək Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək "Worldfood Moscow", oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində "ANUGA" beynəlxalq ərzaq sərgiləri, noyabrın 10-dan 12-dək Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Ərazisində təşkil olunan "HKTDC Hong Kong International Wine & Spirits Fair" beynəlxalq şərab sərgisi.

Artıq Çindən daxil olan sifarişlərə əsasən, bu ölkəyə şərab ixracına başlanılıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilən ixrac missiyası zamanı meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. Nəticə olaraq Dubaya nar şirəsi və alma ixrac olunur. Qətərə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycan və Qətər iş adamları arasında görüşlər keçirilib.

"Made in Azerbaijan" brendi Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada sərgilərdə də vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan məhsullarının Körfəz regionunun ticarətində önəmli yerə malik olan "Lulu" marketlər şəbəkəsində satışı barədə razılıq əldə olunub. Həmçinin spirtli içkilər, eləcə də yerli şərablar Almaniyada böyük maraqla qarşılanıb. Litvada şərab məhsullarını distribüterliyi ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.