Cənubi Koreyanın yük gəmisi Atlantik okeanında yoxa çıxıb
01 aprel, 2017 17:00
KİV-lərin məlumatına əsasən, Atlantik okeanının cənub hissəsində, Uruqvay sahilləri yaxınlığında Cənubi Koreyaya məxsus yük gəmisi ilə əlaqə kəsilib.
1news.az Azərtac-a istinadla xəbər verir ki, Marşal Adaları bayrağı altında üzən gəminin göyərtəsində 8 Cənubi Koreya və 16 Filippin dənizçisi olub.
Martın 26-da Braziliyadan açıq dənizə çıxan gəmi gecə saatlarında “SOS” siqnalı verib. Ekipaj gəminin batmağa başlaması barədə məlumat ötürüb.
Hazırda Atlantik okeanının bu zonasında axtarış-xilasetmə işləri aparılır. Axtarışlara kommersiya gəmiləri də qoşulub. Yoxa çıxmış gəminin məxsus olduğu şirkətdən ekipajın taleyi barədə məlumat alınmadığını bildiriblər.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı