Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin (NMM) yeri dəyişdirilir.
1news.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, yeni iş həftəsindən etibarən, NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq.
Qurumdan bildirilib ki, məqsəd, paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir:
“Dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi mütəxəsisslərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin, bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat löhvələrinin yerləşdirilməsinə başlanılıb”.
1news.az