Cənubi Koreyanın sabiq prezidenti saxlanılıb
30 mart, 2017 23:53
Cənubi Koreyanın sabiq prezidenti xanım Pak Kın Xe həbs edilib.
Sabiq prezident məhkəmənin müvafiq orderi əsasında polis tərəfindən saxlanılıb.
Pak Kın Xe 13 maddə üzrə, o cümlədən rüşvətxorluqda, hakimiyyətdən sui-istifadə etməkdə və məxfi məlumatları kənar şəxslərə ötürməkdə ittiham olunub.
TASS