Xəbərlər

Avtobus və dövlət qurumlarının bütün sürücülərinə təlim keçiriləcək
29 mart, 2017 23:10

“May ayından etibarən bütün sərnişin daşıyıcılarının sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində yaradılmış Sürücü Təlim Mərkəzində təlimlərə cəlb olunacaqlar”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, avtobus sürücüləri yalnız xüsusi təlim kurslarını bitirdikdən sonra sükan arxasına buraxılacaq:

“Hal-hazırda İslam Həmrəyliyi Oyunları üçün ayrılacaq sürücülər təlimə cəlb olunub. May ayından başlayaraq bütün sürücüləri təlimlərə cəlb edəcəyik. Təlimlər sərt süzgəc rolunu oynayacaq. Başqa sözlə, sürücünün stajı bizim üçün əhəmiyyətli deyil. Bizim üçün əsas olan sürücülərin təlim proqramından uğurla keçməsidir. Bu təlim proqramı da hazırlanma mərhələsindədir”.

Baş direktor əlavə edib ki, növbəti mərhələdə təlim kurslarına dövlət qurumları və xüsusi xidmət orqanlarının sürücüləri də cəlb ediləcək:

“Söhbət Avropa standartlarına cavab verən təlim mərkəzindən keçirilən kurslardan gedir. Bura yağışlı, buzlu yolda, ekstremal vəziyyətdə avtobusun idarə edilməsi və sair aiddir”.

V. Kərimli onu da qeyd edib ki, avtobus sürücüləri sosial məsuliyyətini dərk etməlidir:

“Bunu isə onlara biz aşılamalıyıq. Avtobus sürücülərini biz xaricdən gətirməmişik, onlar bu cəmiyyətin üzvləridir”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.