Artıq Bakı şəhərində, altı rayon və altı ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyət göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mart ayından Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsində yerləşən “Agromall Yaşıl Market” yarmarkası gündəlik olaraq fəaliyyət göstərir.
Nazirlikdən bildiriblər ki, yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqlarla təchiz olunub.
Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yeni təşkil olunmuş yarmarkaya dəvət olunur.
Məlum üçün bildiririk ki, “Yaşıl Market” yarmarkada yerləşmək üçün məhsul istehsalçılarından və sahibkarlardan heç bir ödəniş tələb olunmur.
1news.az