Lənkəranda İran vətəndaşına məxsus yük maşını yanıb, bir nəfər xəsarət alıb
29 mart, 2017 09:51
Lənkəran rayonunda iki yük avtomobili yanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Sütəmurdov kəndində çay fabrikinin ərazisində İran vətəndaşına məxsus “TIR” markalı yük avtomobilinin kabinəsinin yanar hissələri, yük hissəsinə yığılmış 30 ton çayın 1 tonu və sahibi məlum olmayan digər yük avtomobilinin kabinəsi yanıb.
Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hər iki yük avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı