Köhnə avtobuslar yeniləndikcə onlarda “BakıKart” sistemi quraşdırılacaq
29 mart, 2017 21:12
Köhnə avtobuslar yeniləri ilə əvəzləndikdən sonra onlarda da “BakıKart” sistemi quraşdırılacaq.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli köhnə avtobuslarda kart sisteminin tətbiqinin uğursuz olduğunu bildirib.
O, həmçinin deyib ki, son zamanlar müşahidə edildiyi kimi, bu sistem yeni avtobuslarda quraşdırılır. Daşıyıcı şirkətlər köhnə avtobus bazasını yenisi ilə əvəz etdikdən sonra digər avtobuslarda da kart sisteminə keçiləcək.
1news.az