Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
29 mart, 2017 15:11
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
1news.az-a ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, martın 29-da axşam saatlarınadək “Hava limanı” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Bu səbəbdən yolun həmin hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.
1news.az