Xəbərlər

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb
28 mart, 2017 12:12

SOCAR-ın dollarla buraxdığı SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.

1news.az-a “SOCAR Capital” şirkətindən verilən xəbərə görə, nominal məbləği 1000 dollar və illik gəlirliliyi 5 faiz olan SOCAR istiqrazları üzrə faizlər aprelin 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. Faiz ödənişi çərçivəsində istiqraz sahiblərinə ümumilikdə 1,25 milyon dollar vəsait ödəniləcək. Vəsaitlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək, onlar bu pulları istədikləri kimi istifadə edə - nağd formada çıxara, bank hesabında saxlaya, o cümlədən yeni istiqraz ala bilərlər.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir (hər istiqraz üçün 12,5 dollar olmaqla) ödənilir. İstiqraz sahibləri ilk faiz ödənişlərini yanvarın 17-də alıblar. Növbəti faiz ödənişləri isə aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-si tarixlərində baş tutacaq.

Beləliklə, həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.

SOCAR istiqrazlarının ən böyük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində olmayan böyük üstünlükdür. İstiqrazların xüsusiyyətlərini, o cümlədən onlara hansı formada zəmanət verildiyini bu videodan (https://www.youtube.com/watch?v=zNl2W3jSnvA) izləmək olar.

Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə, *1999 qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır.

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk iki ayında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2 faizi deməkdir. SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 69,1 milyon dollarlıq istiqraz ticarəti edilib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.