Xəbərlər

Bakıda bu da oldu: Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı - VİDEO
28 mart, 2017 22:44

Bakıda bəzi ərazilərə quraşdırılan parkomatlar, yaxud da parkomatların düzgün quraşdırılmaması yol polisləri ilə sürücüləri üz üzə qoyur.

1news.az “Xəzər xəbər”ə istinadən xəbər verr ki, parkomat olan ərazidə maşını saxlayan bir nəfərin başına gələnlər belə deməyə əsas verir.

Çünki parkomat ərazisindəki avtomobil evakuatorla cərimə meydançasına aparılıb. Bəs buna nə səbəb olub? Məsləni aydınlaşdırmağa çalışmışıq.

Avtomobilini qanuni parklama yerində saxlayan sürücü 20 dəqiqə sonra yerində olmadığını görüb. Hadisə Yusif Xəlilovun başına gəlib. Paytaxtın Səməd Vurğun küçəsində parkomat olan ərazidə saxladığı avtomobili cərimə meydançasına aparılıb.

Yusif Xəlilov cəriməsini ödəyərək maşını geri götürüb. Amma o bilmək istəyir ki, qanunla icazə verilən ərazidən avtomobil niyə götürülməlidir?

Bakı Şəhər Yol Polisi İdarəsindən məsləyə açıqlama gətirdilər. Bildirildi ki, avtomobil yolun kəsişmə hissəsinə yaxın məsafədə saxlanıldığı üçün ərazidən götürülüb. Avtomobilin parklanmaya icazə verən göy xəttin daxilində dayandığına gəlincə isə...

Yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bir neçə yerdə parkomatların yolun kəsişən hissəsində qurulmasına və xətlərin düzgün çəkilməməsinə rast gəlinib və problem aradan qaldırılıb. Bu əraziyə də yenidən baxış keçirilməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.