Daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs sərhəddə saxlanılıb
28 mart, 2017 10:48
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az