İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib
28 mart, 2017 09:37
İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib.
1news.az APA-ya istinadən xəbər verir ki, beləliklə, Dövlət Şurası İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub.
Son zamanlar vilayətin sakinləri TAP-ın tikintisinə qarşə etiraz aksiyaları keçirib.
Dövlət Şurasının qərarı faktiki olaraq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP-ın tikintisinə yaşıl işığın yandırılması deməkdir.
Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər.
1news.az