Üzük barmağından çıxmadı, FHN xilasedicilərini çağırdı
26 mart, 2017 12:37
Bakıda qəribə hadisə baş verib.
1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsiblər və vətəndaşın barmağından çıxarıblar.
Əməliyyat saat 09:44-də başa çatıb.
1news.az