17 yaşlı boksçu döyüşdən sonra ölüb
26 mart, 2017 12:10
Böyük Britaniyada gənc boksçu həvəskar turnirdən sonra vəfat edib.
1news.az “Report”a istinadən xəbər verir ki, 17 yaşı olan həvəskar boksçu 24 mart ərəfəsində keçirilən yarışlarda iştirak edib.
Döyüşdən sonra idmançının vəziyyəti pisləşib, ona ilkin tibbi yardım göstərilib. Lakin oğlanın həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanaya gəldikdən sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
1news.az