London polisi terror aktı ilə əlaqədar 7 nəfəri saxlayıb
23 mart, 2017 12:21
Britaniya polisi ötən gün Londonda törədilmiş terror aktı ilə əlaqədar reyd keçirib.
6 ünvan üzrə həyata keçirilən reyd nəticəsində 7 nəfər saxlanılıb.
Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.
TASS