“Azərbaycan Dəmir Yolları”: Qatarın altında qalaraq ölən şəxs sərxoş olub
22 mart, 2017 13:17
Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb.
Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın 1news.az-a verdiyi məlumata görə, gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı dəmir yolunun 159-ci km-nin 10-cu piketində Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub.
Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. S. Qədirova bildirib ki, həkim müayinəsindən keçən qatar maşinisti və köməkçisi sərxoş olmayıb:
“Maşinist və köməkçidə sərxoşluq halı aşkarlanmayıb. Ekspertiza həyatını itirən Bəxtiyar Alışovun faciə anında sərxoş olduğunu üzə çıxarıb”.
1news.az