Dəmir yolu ilə yük və sərnişin daşımaların həcmi artıb
21 mart, 2017 17:18
Bu ilin yanvar-fevral aylarında dəmir yolu nəqliyyatı ilə 2,9 milyon ton yük və 389,4 min sərnişin daşınıb.
1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 29,2 faiz, sərnişin daşınmasında isə 38,4 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 369 vaqon yüklənib, 449 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,4 min ton, Qərb istiqaməti üzrə 4,9 min ton, Cənub istiqaməti üzrə isə 1,2 min ton yüklənmə işi yerinə yetirilib.
1news.az