Cüdoçularımız Tbilisi Qran-prisində güclərini sınayacaqlar
19 mart, 2017 20:47
Martın 31-dən aprelin 2-dək Tbilisidə cüdo üzrə Qran-pri yarışları təşkil olunacaq.
1news.az-ın məlumatına görə, yarışda ölkəmizi 18 cüdoçu təmsil edəcək.
Kişilərin yarışnda milli komandamızın heyətində Sahib Əsgərov, Mehman Sadiqov (hər ikisi 60 kq), Emil Həsənov, İlkin Babazadə (hər ikisi 66 kq), Elvin Mustafayev, Telman Vəliyev (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (hər ikisi 81 kq), Əbdulhaqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Zelim Kotsoev və Sənan Əhmədov (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.
Qadınların mübarizəsində ölkəmizi Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zairova (57 kq), Xanım Hüseynova, Nuriyyə Əhmədova (hər ikisi 63 kq) və Günel Həsənli (78 kq) təmsil edəcəklər.
1news.az