Xəbərlər

Yaponiyada yakudzaların sayı 10 faiz azalıb
19 mart, 2017 19:23

Yaponiyada cinayətkar qrupların daimi üzvlərinin sayı 2016-cı ildə əvvəlki illə müqayisədə 10 faiz azalıb və 18,1 min nəfər təşkil edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Jıjı Press agentliyi Milli Polis İdarəsinə istinadla məlumat yayıb. Həmin rəqəm bu statistikanın aparılmasına başladığı 1958-ci ildən bəri ilk dəfə 20 mindən aşağı düşüb.

Yakudza qruplarına namizədlər də daxil olmaqla üzvlərin ümumi sayı 17 faiz azalaraq 39100-ə bərabər olub ki, bu rəqəm də ilk dəfə olaraq 40 min həddinə çatmayıb. Ümumi say 1963-cü ildəki ən yüksək həddən (180 min) mütəmadi olaraq azalıb.

Qruplar arasında Yamaquçi-quminin üzvlərinin də sayı 18 faiz azalaraq, 11 min 800-ə bərabər olub. Həmin qrupda daimi üzvlərin sayı 5200 nəfər təşkil edib. Bu qrupdan ayrılaraq formalaşan Kobe Yamaquçi-qumi qrupu da 10 faiz azalıb və onun 5500 ümumi, 2600 isə daimi üzvü olub.

2007-ci ildə Yaponiya hökuməti sahibkarlar üçün antisosial qüvvələrlə əlaqələri kəsmək prinsiplərini təqdim edib. 2011-ci ildə isə bütün ölkədə cinayətkar qruplara və onların üzvlərinə maliyyə güzəştlərinin tətbiqi qadağan edilib.

Toplanmış məlumatları təhlil edən Polis İdarəsi belə bir nəticəyə gəlib ki, həmin qruplar özlərini həyatda saxlamaq üçün ənənəvi qaydada stimul yaradan əmtəələrin ticarətinə qayıdaraq yuxarılarla hesablaşmağa çalışırlar.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.