Qazaxda heroin satan Biləsuvar sakinləri tutulublar
19 mart, 2017 18:34
Polis əməkdaşları heroin satan şəxsləri saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Fəyaz Məmmədov və Rövşən Vəliyev Qazax rayonu ərazisində 210,392 qram heroini 10.000 manata satarkən tutulublar.
1news.az