ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib.
1news.az-ın rbc.ru-ya istinadən verdiyi xəbərə görə, “Johnny B. Goode”, “Roll Over Beethoven”, “Sweet Little Sixteen” kimi unudulmaz əsərlərin müəllifi olan Ç.Beri Missuridəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Çak Beri 1926-cı il oktyabrın 18-də Missuri ştatının Sent-Luis şəhərində çoxuşaqlı ailədə anadan olub.
İlk konsertini 1941-ci ildə məktəbdə təhsil alan zaman verib. Bundan üç il sonra iki dostu ilə üç mağazanı soyub və maşın qaçırdığı üçün 10 il həbs cəzası alıb. Həbsdə olan müddətdə də musiqiçi fəaliyyətini davam etdirən Çak Beri burada musiqi qrupu təşkil edib.
Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib.
O, 1950, 60 və 70-ci illərdə məşhur olan “Sweet Little Sixteen”, “School Days”, “My Ding a Ling” kimi hitlərin müəllifidir.
1news.az