Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Musayev Pərviz Kərim oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Nağıyev Vəli Nağı oğlu
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Abdullayev Səmədağa Həmzə oğlu
Bədəlov Hüseyn Həsən oğlu
Ələsgərova Şəbnəm Şakir qızı
Əliyev Faiq Rəşid oğlu
Əliyev Ülvi Sakit oğlu
Hacıyeva Tamilla Elxan qızı
İsmayılova Aygün İlqar qızı
İsmayılova Xəyalə Eyvaz qızı
Quliyev Elfan Şakir oğlu
Mehdiyev İlqar İsmayıl oğlu
Məmmədov Elmar Adil oğlu
Məmmədov Orxan Səfər oğlu
Məmmədov Zakir Məhərrəm oğlu
Mirzəliyeva Gülnarə İbrahim qızı
Nurullah Munis Nazim oğlu
Paşayev Qiyas Əhəd oğlu
Şamilov Zəfər Ələddin oğlu
Vahabova Həmidə Cavid qızı.
Bundan əlavə, İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında digər sərəncam imzalayıb:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin:
Abdullayev İsmayıl Əli oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi
Qəhrəmanov Vahid Vaqif oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi”.
1news.az