Azərbaycanın ilk rəsmi avtomobil idxalçısı “Improtex Motors” şirkəti 1998-ci ildə yaradılıb və əsas fəaliyyəti premium sinif avtomobillərlə bağlıdır. Rəsmi və eksklüziv idxalçı qismində “İmprotex Motors” Azərbaycanda BMW, BMW Motorrad, MINI, Rolls-Royce Motor Cars və Yamaha kimi dünya şöhrətli brendləri təmsil edir.
Tam yeni BMW 5-ci Seriya avtomobilinin Azərbaycana gəlməsi “Improtex Motors” şirkətinin sərgi-satış salonunda müştəriləri və brend dostları üçün təşkil etdiyi möhtəşəm təqdimat ilə təntənəli sürətdə qeyd olundu. Təqdimat yeri əfsənəvi BMW bredinin təsirli üslubunda bəzədilmişdi.
Təqdimata gəlmiş qonaqları “İmprotex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov salamladı.
Şirkətin Azərbaycandakı uzunmüddətli və uğurlu yolundan və gələcək inkişaf planlarından danışan baş direktorun birinci müavini Bayram Yaqubov vurğuladı ki, Premium sinif avtomobil bazarında liderlik şirkətin əsas və ən mühüm məqsədidir:
“Çeşidlərimizi genişləndirərək biz müştərilərimizin ən yüksək tələblərinə cavab veririk. Əminəm ki, yeni BMW 5-ci Seriya nəinki müasir bir texnologiya nümunəsidir, o həmçinin, öz emosionallığı ilə sahibini valeh edən bir avtomobildir. Bu avtomobil hər zaman olduğu kimi sözün əsl mənasında, nümunəvi biznes sinif sedan avtomobili olacaq”.
Yeddinci nəsil BMW 5-ci Seriya sedan avtomobilində əsas dəyişiklilklərə misal olaraq idman görkəmi, zərif və misilsiz üslub, daha da yüksək dinamiklik, maksimal sayda sürücüyə yardımçı sistemlər, heyranedici şəbəkə inteqrasiyası və innovasyon idarə etmə qabiliyyətini göstərmək olar. Bütün bunların əsasında yeni BMW 5-ci Seriya avtomobili öz sələfinin uğurunu davam etmək və yenidən öz sinfində zirvə mövqeyini saxlamaq üçün yeni texnologiyalrala təchiz olunub.
BMW EfficientLightweight səmərəli yüngülləşdirilmiş konstruksiyadan istifadə etməklə avtomobilin çəkisini 100 kq azaltmaq mümkün olub. Hərəkət hissəsinin yeni quruluşu, ağırlıq mərkəzi, BMW üçün səciyyəvi olan çarx oxları üzrə avtomobil çəkisinin tarazlaşdırılmış tərzdə paylaşdırılması maksimal dinamiklik ilə misilsiz rahatlığı birləşdirməyə imkan verir. İdarəetmə - avtomobilin dinamik konsepsiyası aktiv inteqral idarə etmə və xDrive tam ötürmə ilə tamamlanır.
Yeni BMW 5-ci Seriya həm çox çətin yol vəziyyətlərində, həm də “ləng hərəkət axını” hallarında sürücüyə maksimal dəstək təklif edir. Məhz bunun üçün avtomobilin avadanlıq siyahısına stereskopik videkamera və alavə radar və ultrasəs datçiklər daxil edilib.
Yeni təchizat növlərdən yeni BMW 5-ci Seriya avtomobilində hərəkət zolaqlarının dəyişdirmə və zolaqda qalma köməkçisi və yan toqquşmalara qarşı aktiv qoruyucu sistemlərini sadalamaq olar.
"Active Cruise Control” adlı hərəkət nəzarət sisteminə görə BMW 5-ci Seriya avtomobilin özünü avtomatik hərəkət etməsinə daha da yaxınlaşıb. Həmin sistem Intelligent Speed Assist sürət qoruma sistemi ilə birgə sürət məhdudiyyətlərini nəzərə almaqla sürücüyə +/– 15 km/saat çərçivəsində sürət rejimini tənzimləmək imkanı verir. 0-210 km/saat sürət rejimində avtomobil sürücünü qaz və əyləc pedalına basmaq və sükandan istifadə etmək zəruriyyətindən tamamilə azad edir.
Yol və nəqliyyat vəziyyətindən asılı olaraq “Auto Start Stop” mühərrikin əqli avtomatik işə salma və söndürmə sistemi daha da yüksək səviyyəli rahatlığı təmin edir.
Yeni BMW 5-ci Seriya yeni nəsl iDrive sistemi ilə təchiz olunub. Tam təchizatlı avtomobilin bütün funksiyaları 10,25-düym ölçülü displeydə əks edilir. Idarə etmə iDrive kontrolleri, səs göstərişi yaxud displeyə toxunuşla hayata keçirilir. Çoxrəngli proyeksiya displeyi 70 faiz daha iri proyeksiya səthinə malikdir. Həmin proyeksiya displeyində yol nişanları, radio stansiyanın adı yaxud sürücüyə köməkçi sistemlərin göstəriciləri nümayş olunur.
Yük əşyalarının genişlənmiş yerləşdirmə imkanları, salonun arxa hissəsində baş ilə tavan arasında daha yüksək məsafə, massaj funksiyalı rahat oturacaqlar, yenilik yaradan oturacaqların tənzimləmə imkanları, 4 sahəli daxili iqlim nəzarəti sistemi sərnişinlər üçün maksimal rahatlığı təmin edir. Mühərriki ayırann xüsusi SYNTAK adlı özəyi, akustik qabaq şüşə və akustik tavan üzlüyü salondakı səs səviyyəsini mühüm dərəcədə aşağı salır.
Tam yeni BMW 5-ci Seriya avtomobilin bütün fənar funksiyaları işıq diodlu texnologiya əsasında işlənib. Əlavə təchizat kimi paylaşdırılan işıq şüalı adaptiv diod işıqlı fənarlar və 500 metr işıqlandırma qabiliyyətli gözü qamaşdırmayan BMW Selective Beam uzaq məsafəli işığın tənzimləmə sistemi təklif olunur. Geniş funksialı BMW ConnectedDrive sistemi daha yüksək rahatlığı və vaxt qənaətini təmin edən zəngin çeşidli servislərlə təkmilləşdirilib. Bu ParkNow park yerinin ödənilməsi servisi, On-Street Parking Information parx yerlərinin axtarışı xidməti və sərbəst park yerlərini araşdıran və avtomobili yerləşdirən parklama köməkçi sistemidir.
Microsoft Exchange funksiyasına görə elektron poçt xəbərlərini qəbul etmək, təqvim nişanlamaq və kontakt məlumatlarını daxil etmək mümkündür. Əlavə təchizatlı Remote Parking servisi parklama prosesini məsafədən idarə etmək imkanı yaradır. Remote 3D uzaq məsafəli görünüş servisi hərəkət zamanı sürücüyə öz avtomobil ətrafındakı vəziyyəti smartfonda üçölçülü tərzdə müşahidə etməyi mümkün edir. Bunun nəticəsində avtomobil hər zaman sürücünün gözü qabağında olur.
Avtomobilin bütün mühərrikləri yeni BMW EfficientDynamics növlü mühərriklər sırasına daxildir. BMW TwinPower Turbo texnologiyası səyəsində bu mühərrikər əl çatmaz gücü və nümunəvi yanacaq qənaətini özündə birləşdirir. İlk növbədə iki dizel və iki benzin mühərriki və iki arxa ötürücülü yaxud BMW xDrive əqli tam ötürmə sistemli model variantı təklif olunur.
BMW 530i modelindəki yeni iki litr sıra dörd silindrli mühərrik 350 Nm maksimal fırlanma ani və 252 a.g güvvətinə malikdir. Qarışıq hərəkət rejimində orta yanacaq sərfi 5,4 litr /100 km göstəricisinə bərabərdir. Bu isə əvvəlki modellə müqaisədə 11 faiz daha azdır. BMW 530i yerindən 100 km/saat sürətədək 6,2 saniyə ərzində sürətlənir.
Hal-hazırda zirvə model yeni BMW 540i avtomobilidir. Bu model 340 a.g. qüvvətinə malikdir. Onun benzin üç litr sıra altı silindrli mühərriki 450 Nm fırlanma anını təmin edir. Yüksəldilmiş güc və dinamikliyə baxmayaraq orta yanacaq sərfi yalnız 6,5 l /100 km səviyyəsindədir. xDrive sistemlə təchiz olmuş BMW 540i modeli yerindən 100 km/saat sürətədək 4,8 saniyə ərzində sürətlənir.
Dörd silindrli dizel mühərriklə təchiz edilmiş BMW 520d modeli 140 kVt/ 190 a.g. və 400 Nm maksimal fırlanma anını+ təklif edir. 8 pilləli Steptronic növlü avtomatik sürət ötürmə qutu ilə avtomobilin yanacaq sərfi cəmi 4,0 l /100 km təşkil edir, yerindən 100 km/saat sürətədək sürətləndirmə isə 7,6 saniyə ərzində mümkündür.
Həmçinin, yeni dizel BMW 530d dinamiklik və yanacaq qənaətində üstünlükləri təklif edir. Onun sıra altı silindrli mühərriki 195 kVt/265 a.g. və 620Nm maksimal fırlanma anını təmin etmələ əvvəlki modeli mühüm dərəcədə üstələyir. Bununla belə BMW 530d avtomobilin orta yanacaq sərfi 4,5 l/100 km göstəricisinə bərabərdir, bu isə sələf ilə müqaisədə təxminən 13 faiz daha aşağıdır. Yeni BMW 530d modelin yerindən 100 km/saat sürətədək sprinti cəmi 5,7 saniyə ərzində həyata kecirilir.
Yaxın gələcəkdə BMW modellər sırasını bir neçə model variantı ilə genişləndirəcək. Məhz BMW 520d modelində EfficientDynamics Edition sistemi, 8 pilləli Steptronic sürət ötürmə qutusu və dörd silindrli 140 kVt/190 a.g. dizel mühərriki səyəsində 3,9 l/100 km səviyyəsində ən qənaətli yanacaq sərfi təmin olunacaq.
2017-ci ilin mart ayından etibarən yeni BMW 5-ci Seriya avtomobillər sırasının zirvə idman modeli əvvələn BMW M550i xDrive avtomobili olacaqdır. Onun səkkiz silindrli V-şəkilli mühərriki 462 at gücünə və 650 Nm fırlanma anına malikdir və həm öz yüksək potensialı, həm də qənaəti ilə xüsusi təsir bağışlayır. Qarışıq rejimdə avtomobilin yanacaq sərfi 8,9 l/100 km təşkil edir. BMW M550i xDrive yerindən 100 km/saat sürətədək yalnız 4,0 saniyə ərzində sürətlənir.
“Improtex Motors” MMM
Ünvan: A. Salamzadə küç. 33, AZ1111, Bakı
Satış üzrə Menecer : Elşən Məmmədov
Mobil : (+994 50) 207 17 60
Instagram: improtexmotors
Facebook: BMW Azerbaijan – Improtex Motors
İnternet: bmw.az / improtexmotors.com
Reklam hüququnda