Xəbərlər

Baharın möhtəşəm hadisəsi: Bakıda ilk dəfə şopinq festival baş tutacaq
16 mart, 2017 19:11

Azərbaycan turistlərin qəbul edilməsi üçün bütün lazımi imkanlara sahibdir. Buna görə də hazırda xaricdən turistlərin cəlb edilməsi ilə bağlı müxtəlif proqramlar həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncama əsasən bir sıra layihələr həyata keçirirlir, infrastrukturlar yenilənir, əlavə tədbirlər görülür.

Bu tədbirlərdən biri də paytaxt Bakıda şopinq festivallarının təşkilidir.  Hər il keçirilməsi nəzərdə tutulan festival bu il, aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək. Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb.

ƏDV-nin qaytarılması qaydaları Bakı Şopinq Festivalı zamanı festivalın iştirakçısı olan ticarət nöqtələrində Tax Free tətbiq ediləcək. Xarici turistlər, eyni zamanda Azərbaycan vətəndaşları ƏDV qaytarılması kampaniyasından yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyində və ya Bakı Şopinq Festivalının veb-saytında  qeydiyyatdan keçmiş iştirakçı-sahibkarların xidmətindən istifadə etdikləri və  onlardan mal aldıqları zaman yararlana biləcəklər.

Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Ə.Qarayev deyib: “Böyük ölkələrin ticarət festivalları ənənəsi hər zaman turist axınına səbəb olur. Hər ölkənin özünəməxsus xüsusiyyəti var. Dünya üzrə ticarət fəaliyyətində turizm bazarı 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır”.

Festivalın təşkilinin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edildiyini deyən nazir vurğulayıb ki, Büro festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır.

Festivalın daha maraqlı və cəlbedici olması üçün müxtəlif lotereya oyunlarının, bonus kartlarının tətbiqi, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili planlaşdırılır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kinofestivallar təşkil ediləcək.

Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına Çağrı mərkəzi (Call Center) veriləcək. Azərbaycan, rus, ingilis və fars dillərində informasiya verəcək Çağrı mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, festival müddətində əlavə dəyərin qaytarılması Vergilər Nazirliyinə həvalə olunub:

“Azərbaycanda iyul ayından etibarən milli “Tax Free” sistemi tətbiq olunub. Bizim sistem daha rahat və effektivdir. Ötən müddətdə əlavə dəyər vergisinin qaytarılması ilə bağlı 6 min 863 faktura verilib. Əməliyyatların ümumi məbləği 12 milyon manatdan çoxdur. Bu günə qədər xarici ölkə vətəndaşlarına bir milyondan çox vəsait qaytarmışıq. Ticarət festivallarında minimum məbləğ 100 manat civarında nəzərdə tutulub. 100 manatlıq və daha çox alış-veriş edən hər bir Azərbaycan vətəndaşı da əlavə dəyər vergisinin qaytarılmasından istifadə edə biləcək. Hazırda “Tax Free” sistemində 254 obyekt var. Onlar da ticarət festivalı sistemindən yararlana bilərlər. Hazırlıq işləri başa çatmaq üzrədir, vergi əməkdaşları artıq seçilib və qeydiyyat aprelin 10-dək başa çatdırılmalıdır”.

Nazirinin müavinin sözlərinə görə, ölkəmizə Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən Azərbaycana turist və müştəri axını gözlənilir.

Sonda qeyd edək ki, festivalla bağlı əlavə məlumatı beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyət gösətərən www.bakushopfest.com saytı vasitəsilə əldə etmək olar.  

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.