Gürcüstandan ölkəyə 6300 ədəd siqaretin keçirilməsinin qarşısı alınıb
16 mart, 2017 17:21
Gürcüstandan ölkəyə 6300 ədəd siqaretin qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Nazlifan LF7132/2-320” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd “Dubao” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az