Cənubi sudanlı yaraqlılar Efiopiyada 28 nəfəri qətlə yetirib
15 mart, 2017 23:15
Cənubi Sudandan olan yaraqlılar Efiopiya ərazisinə daxil olaraq 28 nəfəri qətlə yetirib və 43 uşağı oğurlayıblar.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Efiopiyanın hökumət orqanlarının məlumatına əsasən, hadisə Cənubi Sudanın Boma regionu ilə sərhəddə yerləşən Qambela və Cor vilayətlərində qeydə alınıb. Onların iddiasına görə, hücumu murle xalqının nümayəndələri həyata keçirib.
Nilot etnik qrupuna mənsub murle xalqı Cənubi Sudanda və Efiopiyanın bu ölkə ilə sərhəd rayonlarında məskunlaşıb. Bu xalqın nümayəndələri nuer adlı digər etnik qrupla düşmənçilik münasibətindədir.
Hər iki xalqın silahlı dəstələri mütəmadi olaraq biri-birinin kəndlərinə hücum edərək qətllər törədir, insanları və mal-qaranı oğurlayır.
1news.az