Yapon tədqiqatçılar lokal şiddətli yağışı proqnozlaşdıran sistem yaradıblar
15 mart, 2017 22:31
Yapon tədqiqatçılar qrupu şiddətli yağışları əvvəlcədən proqnozlaşdıran sistem yaratdıqlarını bəyan ediblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yeni sistem rəqəmsal radioda olan dalğalar növündən istifadəni nəzərdə tutur. Atmosferdə buxarlanmanın miqdarı artdığı və yağışlı buludların yaranmasına şərait yarandığı zaman siqnalların ötürülməsində fasilə yaranır. Sistem hesablamanı həmin fasilələrə əsasən aparır.
Tədqiqatçılar yeni sistemi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək istifadəyə verməyi planlaşdırırlar.
1news.az