Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin “28 may” və “Gənclik” stansiyaları arasındakı tuneldə baş verən tüstülənmənin səbəbi məlum olub.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, tüstülənmə müşahidə edilən kimi Metropolitenin əməkdaşları hadisənin baş vermə səbəbini aydınlaşdırmaq üçün tunelə düşüblər. Təlimata uyğun olaraq da, dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə və təcili tibbi yardıma müraciət olunub:
“İki stansiyaarasındakı tunellərdə bir-birinə keçid tuneli var. Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə “Gənclik” və “28 may” stansiyalarında da müşahidə edilirdi.
Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırıldı. Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırıldı. İstər sərnişinlərin həyatına, istərsə də Metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib”.
21:53
Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin “28 may” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib.
1news.az-ın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib.
Operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkarlanıb və qarşısı alınıb.
1news.az