Ötən 2 ayda dövlət büdcəsinə 1 milyarda yaxın vergi ödənişi daxil olub
15 mart, 2017 17:47
Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Bu barədə 1news.az-a Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub.
Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.
1news.az