Xəbərlər

Ramil Əhməd – 1000 kiloqram ağırlıq qaldırmış insan
14 mart, 2017 12:32

Ötən bazar günü Azərbaycanda pouerliftinq üzrə çempionat baş tutub. Həmin çempionatda çox sərt nailiyyət qeydə alınıb.

1news.az-ın verdiyi xəbərə görə, 100 kiloqramlıq çəki dərəcəsində çıxış edən Ramil Əhməd üç təlimin yekununda 1000 kq ağırlıq qaldıra bilib. 

Azərbaycanın pouerliftinq tarixində Ramildən öncə yalnız üç nəfər bu çəkini qaldıra bilib. Ramil Əhməd dördüncüdür. Uzanaraq ştanq sıxma – 255 kq, ştanqla çöməlmə – 402,5 kq, cəmləşdirilmiş çəki – 342,5 kq. Bu, Azərbaycanda 12-ci dəfə çempion olmuş Ramil Əhmədin nəticələridir.

Azərbaycanlı idmançı dünya çempionu, üç qat Avropa çempionu, eləcə də dünya rekordçusudur. 

“Arzular gerçəkləşir. Ən başlıcası, özünə inammaq lazımdır”, - “Zirvə” klubunun idmançısı Ramil Əhməd öz uğurunu 1news.az-a məhz bu cür xarakterizə edib:

“82 dərəcəyədək çəki dərəcəsində çıxış edəndə 820 kq ağırlıq qaldırırdım, yəni öz çəkimdən 10 dəfə artıq. Sonra isə 90 kq çəkiyə çatdım. Qarşıma məqsəd qoydum ki, 950 kq ağırlıq qaldırım. Təəsüflər olsun ki, 925 kq-dək ağırlıq qaldıra bildim. Zamanla anladım ki, əzələ kütləsini və çəkini artırmaqla gücün də artır. İndi çəkim 100 kq-dır. Müəllimim Şəmsi Bayramov, eləcə də dünya rekorçusu Hafiz Verdiyev də bunu təkid etdilər. H.Verdiyev mənim hazırlığımda böyük rol oynayıb. Çempionatda 1000 kq ağırlıq qaldıra bildim.

Prinsipcə daha yaxşı nəticələr göstərə bilərdim. Misal üçün, zalda çöməlmə hərəkətində 425 kq qaldırırdım. Yarışda isə həyəcan özünü göstərir. İkinci cəhddə 400 kq qeydə ala bildim. Üçüncü cəhddə isə əminliklə 402,5 kq qaldıra bildim.

Ən zəif tərəfim – uzanaraq jim hərəkəti etməyimdir. Məşq zalında 270-dək jim hərəkəti edirəm. Yarışlarda isə bəzən uğursuzluqlar olur. Nəticədə 255 kq qaldıra bildim.

Sonuncu təlim cəmləşdirilmiş çəki idi. Və bu mənim bir ton qaldırıb, qaldırmayacağımı təyin edirdi. İlkin cəhddə 310 kq qaldıra bildim. Və bu zaman məndə əminlik yarandı ki, tona qədər yüksələ bilərəm. Bunun üçün mən 342,5 kq-a çatmalı idim. Hər şey uğurla nəticələndi”.

Yaxın zamanlaradək Azərbaycanda Myprotein (myprotein.az) brendinin rəsmi səfiri, təcrübəli idmançı qeyd edir ki, o, bu çəkiyə çatanda inanılmaz hisslər və emosiyalar əmələ gəldi:

“Mən bu nəticəyə çox şad oldum. Çünki 1000 kq qaldırmaq bu, qeyri-adi bir şeydir”.

Ağıla gələn ilk sual ­ – bu çəki insan sağlmalığı üçün nə dərəcədə təhlükəli olmasıdır. Ramil Əhməd qeyd edir ki, bu, uzun və inadkar məşqlərin nəticəsidir:

“Həyatda hər şey nisbidir. Yıxılaraq özünü ağır zədələyə də bilərsən. 1000 kq – bu, uzun müddət irəlilədiyimin və çox məşq etməyimin nəticəsidir”.

Bəs indi nəyə can atmalı, çünki qeyri-real hesab olunan hədəfə nail olunub:

“İndi isə daha çox çəkiyə hədəflənərək 1 tonluq baryerini aşmaq lazımdır. Düşünürəm ki, 1100 kq daha gözəl səslənir. Əlbəttə ki, yarışlarda daha yüksək nəticələr göstərmək lazımdır”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.