Azərbaycanda yenilik: Bakı Dəmiryolu Vağzalına Sleepbox gətirilib
14 mart, 2017 10:57
Bakı Dəmiryolu Vağzalında istirahət otağı qurulub. Sleepbox adlanan həmin otaqda hər cür şərait yaradılıb. Otaqdan isə hələ ki, xaricə gedən sərnişinlər istifadə edə bilərlər.
Xəzər-in verdiyi xəbərə görə, yenidənqurma işlərindən sonra Vağzalda sərnişinlər üçün bir ədəd istrahət otağı qurulub.
Sleepbox adlanan otaqda ancaq qatarın gəlişini gözləyən sərnişinlər istrahət edə bilər. Həmin otaqda sərnişinlər televizora baxa, öz kompüterlərində pulsuz vayfayda işləyə, həmçinin yata bilərlər.
Sleepbox-da istirahət etmək istəyən sərnişin gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, bir neçə gündən sonra otaq tam olaraq sərnişinlərin istifadəsinə veriləcək.