Bakıda dəhşətli hadisə: 19 yaşlı gənc özünü 12-ci mərtəbədən atdı
14 mart, 2017 22:21
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
1news.az lent.az-a istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu özünü binanın 12-ci mərtəbəsindən atıb.
O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayırmış. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.
Gənc oğlanın hansı səbəbdən həyatına son qoyması hələlik məlum deyil. Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1news.az