Qızıl boyunbağının qanunsuz yolla gömrükdən keçirilməsinin qarşısı alınıb
14 mart, 2017 19:52
Qızıl boyunbağını qanunsuz yolla gömrükdən keçirmək istəyən şəxs saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama nəticəsində vətəndaşın üzərində - gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmamış, ümumi çəkisi 279,83 qram təşkil edən və kustar üsulla hazırlanan 1 ədəd qızıl boyunbağı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az