Xəbərlər

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib
14 mart, 2017 14:01

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə intensiv olaraq keçirilən açıq hərraclar vasitəsilə dövlət əmlaklarının özəlləşdirilməsi ölkəyə investisiya cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, paytaxt ilə yanaşı respublikanın müxtəlif şəhər və rayonlarında müxtəlif növ daşınmaz dövlət əmlakları hərrac vasitəsilə potensial investorlara təklif olunur.

Növbəti belə hərrac 14 mart tarixində baş tutub. Hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Komitədən 1news.az-a verilən məlumata görə, hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən “Xəstəxana binasının yarımçıq tikilisi” olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin 1-i paytaxtın Nərimanov rayonunda, 2-si isə müvafiq olaraq regionlarda Gəncə şəhəri və Mingəçevir şəhərində yerləşir.

Hərracda özəlləşdirilmiş 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və orta həcmli sahibkarlıq fəaliyyəti üçün əlverişlidir. Özəlləşdirilmiş belə əmlaklar sonradan sahibləri tərəfindən biznes obyektinə çevrilir və icarəyə verilməklə gəlir mənbəyi olur. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.Xatırladaq ki, hazırda Özəlləşdirmə portalına (privatization.az) daxil olaraq əmlakı seçib sifariş verməklə çox rahat şəkildə hərraca qatılmaq olur.

Portalda hərraca çıxarılan hər bir əmlakın coğrafi yerləşməsi, vəziyyəti barədə fotoşəkillər və digər zəruri informasiyalarla tanış olmaq mümkündür. Hərracların elanı, gedişatı və nəticələri barədə aktiv ictimai məlumatlandırma komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və yeni yaradılmış “Privatization.az” səhifəsi vasitəsilə həyata keçirilir. “Privatization.az” facebook səhifəsi sosial şəbəkə vasitəsilə izləyiciləri məhz hərraclar barədə intensiv məlumatlandırmaq üçün yaradılıb. Səhifədə hər bir hərrac tarixi üçün özəlləşdirilməyə çıxarılan kiçik müəssisə, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi barədə detallı paylaşımlar edilir və əmlaka sifariş qaydası göstərilir.

Məlum olduğu kimi, hərracı müşahidə etmək üçün də heç bir məhdudiyyət yoxdur. Yəni istənilən vətəndaş və ya jurnalist hərrac günü Komitənin İnformasiya Texnologiyaları Mərkəzinə (Bakı, H.Əliyev pr., 139A) gəlib hərrac prosesini izləyə bilir.

Qeyd edək ki, tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Çünki hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir və investorların maraqlarına uyğundur. Nəhəng müəssisələrdən, səhmdar cəmiyyətlərindən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar potensial alıcılara təqdim olunur. Vətəndaşların hərraclarda özəlləşdirdikləri belə əmlaklar iqtisadi baxımdan onlar üçün mənfəət mənbəyidir. Əmlaka yiyələnən istənilən vətəndaş sonradan onu biznes predmetinə çevirə, icarəyə verə və ya digər qanunla icazə verilən məqsədlər üçün istifadə edə bilər.

Komitə tərəfindən növbəti hərrac 28 martda keçiriləcək. Hərraca çıxarılan 144 əmlakdan 40-ı səhmdar cəmiyyəti, 77-i kiçik dövlət müəssisə və obyekti və 27-si nəqliyyat vasitəsidir. 28 martda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1440

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.