İlham Əliyev “Total” şirkətinin prezidenti ilə görüşüb
13 mart, 2017 19:45
Prezident İlham Əliyevin Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.
1news.az-ın məlumatına görə, P. Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulayıb.
Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
1news.az