Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi. “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətləri ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırıldı.
Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
1news.az