Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilib.
1news.az-ın məlumatına görə, rayon rəhbərliyi, qaçqın rayonların İcra Hakimiyyətlərinin Səbail üzrə nümayəndələrinin, məcburi köçkünlərin nümayəndələrinin iştirakı ilə baş tutan görüşü açın elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş müşavirə barədə məlumat verib.
Qeyd edilib ki, son illərdə doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə bağlı ölkə prezidenti İlham Əliyev tərəfindən çox böyük işlər həyata keçirilib, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərindən biri olub.
Öz dərin intellekti və biliyi, nəcib əməlləri ilə dünya ictimaiyyətinə yaxşı tanış olan, Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin olunmasından sonra keçirdiyi ilk müşavirənin məhz məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məsələlərinə həsr olunması bir daha sübüt edir ki, bu gün Azərbaycan dövlətinin siyasətinin ən mühüm istiqamətlərindən biri ağır sosial vəziyyətdə yaşayan insanlara kömək etməkdən ibarətdir.
Bildirilib ki, RİH-də yaradılan işçi qrup tərəfindən qısa müddət ərzində rayondakı məskunlaşma yerlərinə baxış keçirilib, qəzalı və yararsız şəraitdə olan məskunlaşma yerləri müəyyən olunub, buradakı şəraitin yaxşılaşdırılması və digər məsələlərlə bağlı rayon xidmətlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda məcburi köçkünlərin işlə təmin olunması məqsədi ilə rayonun idarə və təşkilatlarında, şirkətlərdə, tikinti sahələrində 100-dən çox vakant iş yeri müəyyənləşdirilib və onların siyahısı məcburi köçkünlərə təqdim olunub.
Müşavirədə bildirilib ki, taşşırıqların icrası kampaniya xarakterli deyil, daimi olacaq və yerlərdə artıq bu işlərə başlanıb.
1news.az