Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə yaxındır
12 mart, 2017 20:50
Fevralın 19-dan bu günə qədər Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə çatıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın miqrasiya üzrə naziri Casim Məhəmməd əl-Caf bildirib.
Onun sözlərinə görə bu gün nazirliyin əməkdaşları Mosuldan cənubda, Tikrit şəhəri yaxınlığında və digər əyalətlərdə 10 607 nəfəri qəbul edərək müvəqqəti sığınacaqlara yerləşdirib:
“Beləliklə Qərbi Mosuldan qaçqın düşənlərin sayı 99 min 852 nəfərə çatıb”, - deyə nazir bildirib.
Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı