Qaxda balıq tutumağa gedən uşaqlar qadın meyiti tapdı
12 mart, 2017 19:11
Dünən Qax rayonunun Əlibəyli kəndi ərazisindən tapılan qadın meyitinin kimə məxsus olması hələlik məlum olmayıb.
1news.az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırma zamanı ölən qadının 20-25 yaşlarında olduğu, bədənində bəzi xəsarətlərin olduğu üzə çıxıb.
Onun Əlibəyli kənd sakini olmaması da dəqiqləşdirilib.
Bildirilir ki, dünən günortadan sonra kənddən keçən kanaldan balıq tutan uşaqlar suda qadın meyiti görüblər və bu barədə məlumat veriblər.
Hazırda araşdırmalar davam etdirilir.
1news.az