Xalq şairi Fikrət Qocanən oğlu öldü
12 mart, 2017 14:57
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib.
1news.az BakiPost.az-a istinadən xəbər verir ki, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib.
F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib:
“Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib”.
Qeyd edək ki, mərhumun 52 yaşı olub.
Allah rəhmət eləsin.
1news.az