Dəməşqdə 2 partlayış nəticəsində 40 İraq vətəndaşı ölüb
11 mart, 2017 19:08
Suriyanın paytaxtı Dəməşqin Bab Musalla rayonunda iki ardıcıl partlayış baş verib.
1news.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 40 İraq vətəndaşı həlak olub, 120 nəfər isə yaralanıb.
Xəbərdə deyilir ki, iraqlılar Bab as-Saqir rayonunda müqəddəs türbəni ziyarət edirdilər.