Azərbaycan, İran və Rusiyanın dəmir yolu ilə yükdaşıma tariflərinə dair əldə etdikləri razılaşmanın təfərrüfatları məlum olub.
1news.az virtualaz.org-a istinadən məlumatına görə, İran.ru saytı yazır ki, tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhzlinin ilə yük daşımalarının fəallaşması məqsədilə tarifləri 50% endirmək qərarına gəliblər.
Belə ki, Moskvada keçən görüş zamanı hər üç ölkənin müvafiq qurumlarının rəhbərləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımların Azərbaycan ərazisi üzərindən təşkil edilməsi, habelə Astarada İranın sərhəd keçid terminalının tranzit potensialının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.
Üçtərəfli sessiyada yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana və əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi üçün güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə edilən məsələ olub.
1news.az